I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə anım mərasimi Parisdə olan 70-dən çox dövlət və hökumət rəhbərinin müharibə qurbanlarının xatirəsinə keçirilən marşla başlayıb.
YeniAvropa xəbər verir ki, marşda ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin iştirak etməyiblər.
Donald Trampın tədbirə gec qatılmasına səbəb Femen qrupunun üzvünün onun kortejinin qarşısına çıxması olub.
Rusiya prezidenti Vladimir Putin anım mərasiminə qatılan ən sonuncu dövlət rəhbəri olub. Təyyarəsi gecikdiyindən o, hava limanından birbaşa anım tədbirinə gəlib.