Əfqanıstanın mərkəzi Qazni vilayətində “Taliban” terror qruplaşmasının hücumu nəticəsində ən azı 25 nəfər ölüb.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, ölənlərdən 10 nəfəri güc strukturlarının nümayəndəsi, 15 nəfəri isə dinc sakindir. Hücum nəticəsində daha 17 nəfərin yaralandığı bildirilir.