logo

Cənubi Koreya Şimali Koreyaya 200 ton mandarin hədiyyə edib

19:11 11-11-2018 | icon 2877
Cənubi Koreya Şimali Koreyaya 200 ton mandarin hədiyyə edib

Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasına (KXDR) hədiyyə olaraq 200 ton mandarin göndərib.

YeniAvropa xəbər verir  ki, Cənubi Koreyanın prezident ofisinin rəsmisi Kim Euy-kyom 200 ton mandarinin sentyabrda KXDR liderinin Cənubi Koreyaya verdiyi 2 ton delikates göbələyə cavab hədiyyəsi olduğunu deyib. Hədiyyə mandarinlər noyabrın 11-də Cənubi Koreyanın kurort adası olan Cecudan Pxenyana dörd yük təyyarəsi ilə yola salınıb.

Hədiyyə olaraq məhz mandarinin seçilməsinə gəlincə, Cənubi Koreya rəsmisi bildirib ki, ilk növbədə hazırda ölkənin cənubunda bu meyvənin sezonudur. Bundan başqa, Şimali Koreyada mandarin yetişmir. Ona görə də şimaldakı koreyalılara belə bir hədiyyyə göndərilməsi qərara alınıb.