72 dövlət və hökumət başçısı Parisdə Birinci Dünya müharibəsinə həsr olunan tədbirə qatılacaq
Noyabrın 11-də Parisdə Birinci Dünya müharibəsi (1914-1918) qələbəsinin 100 illiyi münasibət ilə keçiriləcək keçiriləcək anım tədbirinə və Sülh Forumuna 98 xarici nümayəndə heyəti və 72 dövlət və hökumət rəhbəri qatılacaq.
YeniAvropa xəbər verir ki, bu haqda Fransanın daxili işlər naziri Kristofer Kastaner Paris polis prefekturasında keçirilən toplantı zamanı məlumat verib. Onun sözlərinə görə, yubiley tədbirləri zamanı paytaxtda təhlükəsizliyin təmin olunmasına 10 min polis əməkdaşı cəlb olunub.