logo

Kaliforniya bara silahlı hücum zamanı azı 13 nəfər həlak olub

17:32 08-11-2018 | icon 2751
Kaliforniya bara silahlı hücum zamanı azı 13 nəfər həlak olub

Noyabrın 7-dən 8-nə keçən gecə ABŞ-ın Tayzend-Ouks şəhərində (Kaliforniya ştatı) naməlum şəxsin bara hücumu nəticəsində azı 13 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə yerli polisin şerifi Ceff Din CNN telekanalı ilə yayımlanan mətbuat konfransında məlumat verib. Ölənlər arasında polis serjantının da olduğu bildirilir. Hücum edən şəxs azı 30 atəş açıb.

Hadisə zamanı barda bir neçə yüz insan olub.