Ötən gecə Tacikistanın Soqd vilayətinin Xocənd şəhərində ciddi rejimli həbsxanada baş verən qiyam nəticəsində 13 məhbus həlak olub.
YeniAvropa xəbər verir ki, İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən məhbuslardan biri keşikçinin avtomatını əlindən alıb, həbsxananın nəzarətçilərinə və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər.
Soqd vilayəti Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatırıblar.
Bu həbsxanada terrorizm və ekstremizmdə ittiham olunanlar, həmçinin müxtəlif terrorçu qruplaşmanın üzvü olan məhbuslar saxlanılır.