“Monako” futbol klubunun sahibi, rusiyalı iş adamı, milyarder Dmitri Rıbolovlev Monako Prokurorluğunun sorğusuna əsasən saxlanılıb.
YeniAvropa xəbər verir ki, “Le Monde” nəşrinə istinadla xəbər verir ki, Rıbolovlev korrupsiya və digər cinayətlərdə şübhəli bilinir. Onun Monte-Karlodakı mənzilində axtarış aparılıb.
2017-ci ildə Rıbolovlev isveçrəli art-diler İva Byve ilə məhkəmə prosesinin öz xeyrinə nəticələnməsinə nail olmaq üçün Monako polisinin rəhbərliyi ilə əlaqələrindən istifadə etməyə cəhd göstərib.
Rusiyanın ən zəngin şəxslərindən olan Rıbolovlev 2018-ci ildən etibarən “Forbes”in siyahısında 18-ci sırada yer alır. Onun sərvəti 6,8 milyard dollar dəyərində qiymətləndirilir.
2011-ci ildən etibarən “Monako” futbol klubunun sahibi olan iş adamı komandasının UEFA Çempionlar Liqasında “Brügge”yə qarşı ev oyunundan bir neçə saat əvvəl həbs edilib.