logo

Qazaxıstanda “Astana Hub” Beynəlxalq İnformasiya Texnologiyaları Parkının açılışı olub

19:14 06-11-2018 | icon 2814
Qazaxıstanda “Astana Hub” Beynəlxalq İnformasiya Texnologiyaları Parkının açılışı olub

Qazaxıstanda “Astana Hub” Beynəlxalq İnformasiya Texnologiyaları Parkının açılışı olub. YeniAvropa xəbər verir  ki, prezident Nursultan Nazarbayev açılış mərasimində iştirak edib.

Dövlət başçısı Qazaxıstanın startap şirkətlərinin layihələri, elmi-tədqiqat laboratoriyaları ilə maraqlanıb, IT universitetinin və “Rəqəmsal Qazaxıstan” dövlət proqramının fəaliyyəti ilə bağlı hesabatları dinləyib. Nursultan Nazarbayev Qazaxıstan üçün dördüncü sənaye inqilabının vacib olduğunu deyib, ölkə və cəmiyyətin gələcək inkişafında rəqəmsallaşdırma prosesinin əhəmiyyətini vurğulayıb. O, internetin, süni intellektin, 3D çap texnologiyasının insan həyatının bütün sahələrinə fəal surətdə daxil olduğunu bildirib.

“Rəqəmsallaşma dövlətlərin inkişafı və rəqabətqabiliyyətlilik üçün vacib amillərdən birinə çevrilib. Dünyanın aparıcı ölkələri, eləcə də G-20 və Avropa İttifaqı öz strateji sənədlərini rəqəmsallaşdırma üzərində qurublar”, - deyə prezident qeyd edib.

Dövlət başçısı Qazaxıstanda rəqəmsallaşdırma proqramının həyata keçirilməsi prosesinə və bu istiqamətdə əldə edilmiş nəticələrə də diqqət çəkib. Bundan əlavə, o, IT texnologiyasının inkişafı ilə məşğul olan istedadlı gənclərə yardım göstərilməsinin zəruriliyini qeyd edib.