Almaniya xüsusi xidmət orqanlarının başçısı istefaya göndərilib
Almaniyanın Konstitusiya Mühafizəsi üzrə Federal Xidmətinin sədri Hans-Georq Masen istefaya göndərilib.
YeniAvropa xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının (AFR) daxili işlər naziri Horst Zeyehofer məlumat verib. Nazir, həmçinin bildirib ki, bu istefa ilə bağlı o, AFR Prezidenti Frank-Valter Ştaynmayerə müraciət edib.
Bu qərarın labüd olduğunu əsaslandıran DİN rəhbəri qeyd edib ki, Masen özünün son çıxışlarından birində “qəbuledilməz ifadələrə” yol verib. Bunlar isə etimada əsaslanan gələcək əməkdaşlığı mümkünsüz edir. Qəti qərar qəbul edilənədək Konstitusiya Mühafizəsi üzrə Federal Xidmətə Masenin müavini Tomas Haldenvanq rəhbərlik edəcək.
Masen müxtəlif ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin görüşündəki çıxışında Saksoniyanın Xemnits şəhərində baş verən iğtişaşlar zamanı sağçı ekstremistlər tərəfindən əcnəbilərin təqib edilməsi ilə bağlı özünün əvvəlki fikirlərini şübhə altına qoyan ifadələr işlədib. Nitqin informasiya agentlikləri tərəfindən yayılan mətninə əsasən, siyasətçi bildirib ki, daha əvvəl XDİ/XSİ bloku ilə hökumət koalisiyasının yaradılmasına qarşı çıxış edən hansısa “Almaniya Sosial-Demokrat Partiyasında (ASDP) olan solçu radikal qüvvələr” guya onun Xemnits hadisələri ilə bağlı dediklərini koalisiyanın dağılması üçün yaxşı səbəb hesab ediblər.
Masen bir neçə alman tərəfindən qaradərili əcnəbilərin necə qovulduqlarını əks etdirən Xemnitsdə çəkilmiş videoqeydlərin “həqiqiliyinin sübut edilmədiyi” barədə bəyanatından sonra tənqid atəşinə tutulub. Qurumun rəhbərinin iddiasına görə, söhbət “cəmiyyəti Xemnitsdə baş verən ölüm hadisəsindən yayındırmaqdan ötrü məqsədyönlü dezinformasiyadan” gedir. Daha sonra o, videomaterialın həqiqiliyi barədə mübahisə etmədiyini bəyan edərək deyib ki, onu “düzgün başa düşməyiblər”.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur