logo

Nəsimi ev yandı: bir nəfər öldü

10:56 06-11-2018 | icon 3864
Nəsimi ev yandı: bir nəfər öldü

Nəsimi rayonunda ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya  bildiriblər ki, hadisə nəticəsində ev yanıb. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.