logo

ABŞ-Meksika sərhədində divarın tikintisinə gələn il başlanacaq

21:33 05-11-2018 | icon 2814
ABŞ-Meksika sərhədində divarın tikintisinə gələn il başlanacaq

ABŞ-ın Texas ştatında ABŞ ilə Meksika sərhədi boyunca divarın tikintisi üçün “SLS Co.Ltd” tikinti şirkəti ilə 145 milyon dollar məbləğində müqavilə imzalanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə ABŞ Gömrük və Sərhəd Nəzarəti Bürosunun noyabrın 5-də yaydığı məlumatda bildirilir.  

Gömrük və Sərhəd Nəzarəti Bürosu, ABŞ Ordusunun Mühəndis Korpusu və tikinti şirkətinin imzaladıqları birgə müqavilədə deyilir ki, İdalqo dairəsində Rio-Qrande vadisinin altı millik sektorunda hasarlama sistemi tətbiq ediləcək. Tikintiyə 2019-cu ilin fevralında başlamaq nəzərdə tutulur.