logo

Yaponiyada  təbii fəlakətlərdən dəyən zərər 10 milyard dolları ötəcəyi gözlənilir

16:44 05-11-2018 | icon 3003
Yaponiyada  təbii fəlakətlərdən dəyən zərər 10 milyard dolları ötəcəyi gözlənilir

Yaponiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə İnstitutu bildirib ki, cari ildə baş verən dörd böyük təbii fəlakətin ölkə iqtisadiyyatına vurduğu zərər 10 milyard dolları ötə bilər.

YeniAvropa xəbər verir  ki, bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilib ki, həmin fəlakətlər sırasına iyunda Osakanın şimal hissəsində olan zəlzələ, iyulda Yaponiyanın qərbindəki güclü yağışlar, sentyabrda baş verən “21 nömrəli” tufan və həmin ay Hokkaydodakı zəlzələ daxildir.

Yaponiya İnkişaf Bankı həmin təbii fəlakətlərin şirkətlərin istehsal qabiliyyətinə və ölkə turizminə təsirini araşdırır. Bankdan bildirildiyinə görə, bərpa işləri ilə əlaqədar investisiyalar yenidənqurmaya yox, məhsuldarlığın və rəqabətə davamlılığın artırılmasına yönəldilməlidir.