İtaliyanın şimalında güclü torpaq sürüşməsi nəticəsində yaranan palçıq kütləsi Belluno əyalətinin ətraf kənd və şəhərlərlə əlaqəsinin kəsilməsinə səbəb olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, torpaq sürüşməsi aramsız yağan leysan yağışlar səbəbindən baş verib.
Əyalətin qubernatoru Luka Zaya hadisə ilə əlaqədar məktəblərin bağlanacağını söyləyib. O, təbii fəlakətin Bellunoya 1 milyard avrodan çox ziyan vurduğunu bildirib.