logo

Türkiyə prezidentinin xidməti təyyarəsinin pilotu həlak olub

15:57 04-11-2018 | icon 2744
Türkiyə prezidentinin xidməti təyyarəsinin pilotu həlak olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinə pilotluq edən Sərdar Halil Girgin yol-nəqliyyat hadisəsində həlak olub. O, Zonguldakın Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb.

YeniAvropa Türkiyə mətbuatına istinadla xeber verir ki, Sərdar Halil Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib. “Boeing 777” təyyarəsi ilə həyata keçirilən bu səfər Türk Hava Yollarının tarixində uzunmüddətli uçuş kimi rekord qazanıb.