Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının təsisçisi və sədri, milyarder Bidzina İvanişvili prezident seçkiləri ilə əlaqədar bəzi siyasətçilərə xəbərdarlıq edib.
YeniAvropa xəbər verir ki, bu barədə sputnik-georgia.ru/ və gaxa.ge internet portalları iqtidar partiyasına istinadla məlumat yayıblar.
B.İvanişvili seçki öncəsi bütün siyasi tərəfdaşlarını səfərbər olmağa, ikinci turda partiyanın dəstklədiyi prezidentliyə namizəd Salome Zurabişvilinin qələbəsini təmin etməyə çağırıb.
O deyib: “Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda qalib gəlməsə siyasi liderlərin bir neçəsi özlərini zibilxanada hiss edəcəklər”.