logo

Xamneyi: İrana qarşı 40 il mübarizə aparan ABŞ heç bir uğur qazanmayıb

19:57 03-11-2018 | icon 2772
Xamneyi: İrana qarşı 40 il mübarizə aparan ABŞ heç bir uğur qazanmayıb

İrana qarşı 40 il mübarizə aparan Amerika heç bir uğur əldə edə bilməyib və bundan sonra da qazancı olmayacaq.

YeniAvropa xəbər verir  ki,  bu sözləri noyabrın 3-də tələbələr ilə görüşən İran İslam Respublikasının Ali Lideri Ayətullah Əli Xamneyi deyib.

Ə. Xamneyi bildirib ki, ABŞ inqilabdan əvvəl İranda etdiyi hökmranlığı geri qaytarmaq istəyir. Lakin İran xalqı inqilab edərək ABŞ-ın hegemonluğuna son qoyub və azadlıq əldə edib. Sanksiyalara və hədə qorxulara baxmayaraq, İran xalqı azadlıq yolundan dönməyəcək. İran heç vaxt ABŞ-ın hökmranlığını qəbul etməyəcək.

Ali Lider bildirib ki, ABŞ-ın liberal demokratiya siyasəti iflasa uğrayıb: "İrana qarşı ədalətsiz və qanunsuz mübarizədə dünya dövlətləri arasında heç bir müttəfiq tapmayan ABŞ məğlubiyyətə düçar olacaq. Dünyanın əksər dövlətləri ABŞ-ın siyasətinə qarşı çıxır. Artıq ötən illərdəki kimi dünya dövlətləri qorxub geri çəkilmir, əksinə öz mövqelərini daha ciddi müdafiə edirlər. Bu, onu göstərir ki, ABŞ-ın hərbi və iqtisadi gücü zəifləyib. Dünyada tək qalan ABŞ əvvəl axır məhv olacaq".