logo

Hindistanda 13 insanın “qatili” olan pələng öldürülüb

12:58 03-11-2018 | icon 2807
Hindistanda 13 insanın “qatili” olan pələng öldürülüb

Hindistanın Maharaştra ştatında 13 nəfəri parçalayıb öldürən pələng uzun sürən axtarışlardan sonra tapılaraq güllə ilə vurulub.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, yerli mətbuatda Avni adı verilən heyvan peşəkar ovçu tərəfindən öldürülüb.

Heyvanları müdafiə təşkilatları yırtıcını öldürməməyə, tutaraq heyvanxanaya yerləşdirməyə çağırıblar. Onlar hətta bu məsələ ilə bağlı Ali Məhkəməyə müraciət ediblər. Lakin bütün bu cəhdlər nəticəsiz qalıb.

Pələngin axtarışları 150 ovçu, deltoplan, xüsusi hazırlanmış ov itləri və pilotsuz uçan aparatlar vasitəsilə üç aya yaxın davam edib.

Son iki ildə 13 nəfəri öldürən Avninin DNT-si bir neçə qurbanın bədənində aşkarlanıb.