logo

Paytaxtda kafedə yanğın: 3 nəfər tüstüdən boğularaq ölüb

09:57 03-11-2018 | icon 4179
Paytaxtda kafedə yanğın: 3 nəfər tüstüdən boğularaq ölüb

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

YeniAvropa FHN-ə istinadla xəbər verir  ki, hadisə  Nərimanov rayonunda baş verib. Dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.