2017-ci ildə Türkiyədə gəlir vergisi ödəyən rekordçuların adları açıqlanıb.
YeniAvropa xəbər verir ki, Türkiyə Mərkəzi Bankı ötən il dövlətə 3 milyard 91 milyon 367 min 707 vəsait ödəyərək birinci yeri tutub. Fərdlər arasında birinci yerdə Şarık Daradır. Adı ən zəngin 10 türk arasında olan Şarık Dara ötən il dövlətə 53 milyon 583 min 488 lirə gəlir vergisi ödəyib.
Qeyd edək ki, Ş.Dara bu ilin iyununda 88 yaşında vəfat edib.
Xatırladaq ki, bundan əvvəl Şarik Dara 2014-cü ildə də 37,5 milyon lirə dövlətə vergi ödəməklə Türkiyədə rekord qırmışdı. 2017-ci ildə "Forbes" lurnalı onun şəxsi varidatının 2,4 milyod dollar dəyərlində olduğu qeyd edərək, Şarik Daranı Türkiyədə ən zəngin 3-ü isim elan edib. Hazırda onun qurmuş olduğu ENKA holdinqə oğlu Sinan Dara rəhbərlik edir.