logo

İtaliya hökuməti ailədə üçüncü uşağa görə torpaq sahəsi verməyi planlaşdırır

09:03 03-11-2018 | icon 2772
İtaliya hökuməti ailədə üçüncü uşağa görə torpaq sahəsi verməyi planlaşdırır

İtaliya hökuməti ölkədəki aşağı doğum səviyyəsini yüksəltməyə yönəlmiş yeni plan çərçivəsində üçüncü uşağı olan ailəyə ödənişsiz təsərrüfat sahəsi təklif etmək niyyətindədir.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, İtaliyanın yeni büdcə layihəsinə daxil edilən bu təklif 2019-2021-ci illər aralığında üçüncü uşaq dünyaya gətirən valideynlərə dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının 20 illik müddətə verilməsini nəzərdə tutur.

Həmçinin onlara verilən torpaq sahəsi yaxınlığında ev almaq istəyən ailələr 200 min avroyadək faizsiz kredit imkanından faydalana biləcəklər.

Bu təklifdən yararlanmaq istəyən əcnəbilər isə İtaliya ərazisində ən azı 10 il yaşamalıdırlar.