ABŞ İran neftinə dair sanksiyaları bazar ertəsi elan ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracının 1 milyon barrel azalacağını gözləyirik.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.
Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.