logo

Şimali və Cənubi Koreya 2032-ci il Yay Olimpiya Oyunlarının birgə keçirmək niyyətindədirlər

20:31 02-11-2018 | icon 2604
Şimali və Cənubi Koreya 2032-ci il Yay Olimpiya Oyunlarının birgə keçirmək niyyətindədirlər

Şimali və Cənubi Koreya 2032-ci ildə Yay Olimpiya Oyunlarının birgə keçirilməsi üçün namizədliyin irəli sürülməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəklər.

YeniAvropa "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar hər iki tərəfin müvafiq qurumlarının nümayəndələrinin noyabrın 2-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) Keson şəhərində keçirilmiş görüşündə qəbul olunub.

Görüşdə, həmçinin tərəflər 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının 6-7 idman növündə və gələn il həndbol üzrə dünya çempionatında vahid Koreya komandasının iştirakına dair razılığa gəliblər. Artıq Beynəlxalq Həndbol Federasiyası ilə məsələ razılaşdırılıb. Vahid Koreya həndbol komandası yanvarda təlim-məşq toplanışı keçirəcək.

Tərəflər bir-birinin ərazisində keçiriləcək beynəlxalq yarışlarda fəal iştiraka və müxtəlif dostluq turnirlərinin təşkilinə dair razılıq əldə ediblər.