logo

Antalyada Rusiya-Türkiyə İctimai Forumu keçirilir

13:48 02-11-2018 | icon 2723
Antalyada Rusiya-Türkiyə İctimai Forumu keçirilir

Türkiyənin Antalya şəhərində Rusiya-Türkiyə İctimai Forumu keçirilir.

YeniAvropa xəbər verir  ki, iclasda ikitərəfli humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq. Forumun Rusiya tərəfindən həmsədri, Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq məsələləri üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova jurnalistlərə bildirib ki, Rusiya-Türkiyə münasibətlərində hazırda xüsusi yüksəliş müşahidə olunur. İqtisadi, elmi-texniki sahələrdə irimiqyaslı layihələr həyata keçirilir. Onun sözlərinə görə, Forumda Türkiyə vətəndaşları üçün atom enerjisi sahəsində təhsil proqramlarının hazırlanması məsələlərinin müzakirə olunacağı gözlənilir.

Forumun Türkiyə tərəfindən həmsədri Böyük Millət Məclisinin xarici işlər komissiyasının sədri Ahmet Berat Çonkardır. Forumda iqtisadi, mədəni, elmi sahələrdə əməkdaşlıq, o cümlədən tarixi irsin birgə tədqiqi, dinlərarası əlaqələr və digər məsələlər nəzərdən keçiriləcək.

Rusiya-Türkiyə İctimai Forumu 2010-cu ildə iki ölkə prezidentlərinin təşəbbüsü ilə yaradılıb.