logo

Çində 8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb

18:35 01-11-2018 | icon 2597
Çində 8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb

Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində 8400-7800 il əvvələ aid olduğu güman edilən kəndin 16 evinin qalıqları tapılıb.

YeniAvropa xəbər verir  ki, arxeoloqlar paleolit və neolit dövrlərinin ortasında mövcud olan Yumin mədəniyyətinə aid elementlərin olduğu ev qalıqlarını Simaqou xarabalıqlarında aşkara çıxarıblar. Həmin ərazidə arxeoloji işlər 2014-cü ildən aparılır.

Burada müxtəlif ölçülərdə olan evlərin qalıqları ilə yanaşı, daşdan, sümükdən və gildən hazırlanan alətlər də daxil olmaqla 500-dən çox müxtəlif əşyalar tapılıb. Arxeoloqlar evlərin içində tapılan heyvan sümüklərinə istinad edərək, həmin ərzində yaşayanların ovçuluq və yığıcılıqla məşğul olduqlarını güman edirlər.