logo

Petro Poroşenko Türkiyəyə rəsmi səfərə gedir

17:22 01-11-2018 | icon 2597
Petro Poroşenko Türkiyəyə rəsmi səfərə gedir

Noyabrın 3-4-də Ukrayna prezidenti Petro Poroşenko Türkiyəyə rəsmi səfər edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, P.Poroşenko Türkiyədə Yüksək Səviyyəli Strateji Şuranın iclasında iştirak edəcək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Noyabrın 3-də İstanbulda keçiriləcək 7-ci Yüksək Səviyyəli Strateji Şuranın iclasında ikitərəfli siyasi dialoqun əsas məsələləri, iqtisadi-ticari, elmi, texniki, müdafiə, sənaye, enerji, nəqliyyat, mədəniyyət, humanitar, təhsil və turizm sahələrində Ukrayna-Türkiyə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində Poroşenko 1919-1922-ci illərdə Ukrayna Xalq Respublikasının diplomatik missiyasının binası olan ərazidə memorial lövhənin, iki ölkə arasında diplomatik münasibətlərin 100 illiyi ilə bağlı arxiv sənədlər sərgisinin açılış mərasimlərində iştirak edəcək, İstanbul Universitetində Ukrayna dili və ədəbiyyatı bölməsində olacaq.

Bundan başqa, P.Poroşenko Antalya şəhərində Ukrayna konsulluğunun və “Ukrayna Evi” mədəniyyət mərkəzinin açılışında iştirak edəcək.