logo

Riqada atəşfəşanlıq 235 min avroya başa gələcək

16:50 29-10-2018 | icon 2912
Riqada atəşfəşanlıq 235 min avroya başa gələcək

Latviya Respublikasının 100 illiyi münasibətilə noyabrın 18-də Riqa şəhərində keçiriləcək atəşfəşanlıq 234,999 avroya başa gələcək.

YeniAvropa xəbər verir  ki, bu məlumat Dövlət Satınalmaları Monitorinq Bürosunun internet saytında yerləşdirilib.

Riqa şəhər Dumasının təhsil, mədəniyyət və idman departamenti “Saules Muzs” (Günəşli Həyat) musiqili atəşfəşanlığının bədii və texniki hissəsinin təşkili üçün tender elan edib.

Şounun təşkilatçısı hüququnu qazanan tenderin yeganə iştirakçısı “Staro-100” şirkəti tamaşaçılara atəşfəşanlıqla yanaşı, zəngin musiqili və əyləncəli proqramlar da təqdim edəcək.