logo

Qəddafinin dondurulmuş hesablarından milyardlarla avro çıxarılıb

18:08 29-10-2018 | icon 2821
Qəddafinin dondurulmuş hesablarından milyardlarla avro çıxarılıb

Belçikada Liviyanın sabiq lideri Müəmmar Qəddafinin dondurulmuş hesablarından yoxa çıxan bir neçə milyard avronun aqibəti araşdırılır.

YeniAvropa xəbər verir  ki, RTBF teleradio kompaniyasının yaydığı məlumata görə, həmin vəsaitin Liviyadakı müxtəlif qruplaşmaların maliyyələşməsində istifadə olunduğu barədə şübhələr səsləndirilir.

BMT Təhlükəsizlik Şurası Müəmmar Qəddafinin ölümündən sonra Liviya aktivlərini dondurmaq barədə qərar qəbul edib. Belçikada 4 bankda vəsaitlər dondurulub. Lakin sonradan bu aktivlərin faizlərinin və dividentlərinin dondurulmadığı məlum olub. 2012-ci ildən başlayaraq, hesablardan 3 və ya 5 milyard avro çıxarıldığı aşkar edilib. Lakin onların hara xərcləndiyi heç kəsə məlum deyil.

Təhqiqatı məhkəmə müstəntiqi Mişel Klez aparır. Federal deputatların da hadisə ilə maraqlandığı bildirilir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində ümumi seçkilər nəticəsində formalaşan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan milli razılıq hökuməti fəaliyyət göstərir.