Bu gün səhər saatlarında İndoneziyada qəzaya uğrayan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin sərnişinləri arasında maliyyə nazirliyinin 20 məmuru da olub. Nazirlikdən faktı təsdiqləyiblər.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, sərnişinlərin yaxınları aeroporta toplaşıblar. Son məlumata görə, qəzadan sağ qurtaran yoxdur, təyyarənin göyərtəsindəki 181 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.
Hazırda dənizin 30-35 metr dərinliyində axtarışlar aparılır. Hadisə yerinə hərbi gəmilər və dalğıclar göndərilib.
Xatırladaq ki, Cakartadan Sumatra adasına uçan “Boeing 737 MAX” təyyarəsi bu gün yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb.