Gürcüstanda prezident seçkilərinin nəticələrinə görə Salome Zurabişvili hələlik öndədir
Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 87 faizi hesablanıb. Qalan səslərin hesablanması prosesi davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jivaniya məlumat verib.
MSK sədrinin sözlərinə görə, son hesablamalardan sonra müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır.
Məlumata görə, Salome Zurabişvili səslərin 40,05 faizini, Qriqol Vaşadze 37,93 faizini, David Bakradze isə 10,83 faizini toplayıblar.
Digər namizədlərin səs faizi isə çox aşağıdır.