logo

Gürcüstanda prezident seçkilərində 1,5 milyonadək seçici iştirak edib

16:29 28-10-2018 | icon 2814
Gürcüstanda prezident seçkilərində 1,5 milyonadək seçici iştirak edib

Cürcüstanda prezident seçkiləri davam edir.

YeniAvropa xəbər verir  ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasından yerli KİV-ə bildirilib ki, prezident seçkilərində artıq 1,5 milyona yaxın seçici səs verib.

Saat 16:00-dək seçici fəallığı 31 faizdən çox olub. Səsvermə zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

Seçicilərdən və müşahidəçilərdən də qanun pozuntusu barədə MSK-ya müraciət daxil olmayıb.

Xatırladaq ki, seçici bülletenlərində Mərkəzi Seçki Komissiyasında rəsmi qeydiyyatdan keçmiş 25 namizədin adı var. Onlardan iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya artıq namizədliklərini geri çəkiblər.

Mübarizə hazırda 23 namizəd arasında davam edir.

 Lakin hələlik heç kim, qalibin kim olacağı barədə konkret fikir söyləyə bilmir.

Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd – deputat, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili, “Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze və “Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze arasında gedir.

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.