Çinin Çunçin bələdiyyəsi ərazisində avtobusun Yantzı çayına düşüb.
YeniAvropa xəbər verir ki, bu haqda Çin Mərkəzi Televiziyası məlumat yayıb.Məlumatda qeyd edilib ki, Çunçinin Vancou rayonunda 22 nömrəli marşrut avtobusu yerli vaxtla səhər saat 10:00 (Bakı vaxtı ilə 6:00) radələrində körpüdə hərəkət edərkən avtomobil ilə toqquşduqdan sonra çaya düşüb.
Dərhal hadisə yerinə xilasedicilər, təcili yardım briqadaları cəlb olunub. Bu saatadək 2 nəfərin cəsədi tapılıb. Qəza vaxtı avtobusda neçə sərnişinin olması barədə hələlik dəqiq məlumat yoxdur.