logo

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi Odessada  anılacaq

11:23 23-10-2018 | icon 4704
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi Odessada  anılacaq

Oktyabrın 25-də Ukraynanın Odessa şəhərində dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anım günü ilə bağlı konsert keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Odessa şəhər filarmoniyasında keçiriləcək “Müslüm Maqomayevin xatirə gecəsi” adlı konsertdə Ukraynanın tanınmış müğənniləri, beynəlxalq müsabiqələrin laureatları, o cümlədən həmyerlimiz, Ukraynanın Xalq Artisti Qurban Abbasov dahi sənətkarımızın repertuarından mahnılar ifa edəcəklər.

Qeyd edək ki, oktyabr və noyabr aylarında Ukraynanın bir sıra şəhərlərində də Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertlər, müsabiqələr keçirilməsi planlaşdırılıb.