logo

Türkiyə və Səudiyyə Ərəbistanı rəhbərləri arasında telefon danışığı olub

09:14 15-10-2018 | icon 2737
Türkiyə və Səudiyyə Ərəbistanı rəhbərləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanının kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin rəsmi mənbələri məlumat yayıb. Dövlət başçıları Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Kaşıkçının oktyabrın 2-də İstanbulda itkin düşməsi məsələsini müzakirə ediblər.

Tərəflər hadisə ilə bağlı birgə tədqiqat qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıblar.