Həsən Ruhani ABŞ-ı ikiüzlülük və riyakarlıqda təqsirləndirib
ABŞ bir tərəfdən İran xalqını dəstəkləyərək onun yanında olduğunu bəyan edir, digər tərəfdən isə İrana qarşı sanksiyalar tətbiq edərək insanları tibbi xidmətdən, yeni təyyarələrdən istifadə etməkdən və yüksək həyat səviyyəsindən mərhum edir.
YeniAvropa xəbər verir ki, bu sözlər İran prezidenti Həsən Ruhaninin “Vaşinqton-post” qəzetində dərc olunan məqaləsində yer alıb. İran prezidenti deyib: “ABŞ-ın sanksiyalar tətbiq edərək xalqı məhrumiyyətə düçar etməsi və onu dəstəklədiyini bildirməsi ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil”.
Prezident daha sonra bildirib ki, ABŞ-ın 12 il davam edən danışıqlardan sonra 2015-ci ildə əldə edilən razılaşmadan çıxması rəsmi Vaşinqton ilə onun Avropadakı müttəfiqləri arasında dərin ziddiyyətlər yaradıb. Rəsmi Vaşinqtonun qeyri-konstruktiv siyasəti və qeyri-qanuni sanksiyaları onun dünyada təklənməsinə səbəb olub. ABŞ düşünürdü ki, razılaşmadan çıxsa buna qarşılıq olaraq İran da razılaşmaya əməl etməyəcək və bu, ABŞ-a imkan verəcək ki, İrana qarşı siyasətində dünyada özünə müttəfiqlər toplasın. Lakin İran bu addımı atmadı və öz imzasına hörmətlə yanaşaraq razılaşmanı imzalayan tərəflərdən də ona əməl edilməsini tələb etdi. Məhz buna görədir ki, bu gün ABŞ İrana qarşı yürütdüyü siyasətin dəstəklənməsi üçün tərəfdar tapa bilmir.
Prezident vurğulayıb ki, son 250 ildə İran heç bir aqressiv siyasət yürütməyib və heç kimin ərazisinə iddia etməyib. Bundan sonra da İran sülh və əminamanlıq siyasəti aparacaq. O ki, qaldı sanksiyalara İran xalqı bunun öhdəsindən gələcək və ağır zamanlar qısa zaman kəsiyində arxada qalacaq.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib