Əfqanıstanda seçkiqabağı tədbirdə baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.
YeniAvropa xəbər verir ki, bu haqda "Tolo News" telekanalı məlumat yayıb.Partlayış oktyabrın 13-də səhər saatlarında Tahar əyalətinin Rustak dairəsində törədilib. Həlak olanların arasında təhlükəsizlik xidmətinin əməkdaşları və polislər də var.
Qeyd edək ki, Tahar əyaləti Əfqanıstanın Tacikistanla sərhədində yerləşir.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmə qarşı birgə əməliyyatlar keçirirlər.