Cari ilin yanvarından peşə fəaliyyəti ilə bağlı dünyada 56 jurnalist qətlə yetirilib. Bu, 2017-ci ilin on iki ayından da çoxdur.
YeniAvropa Almaniyanın “DPA” agentliyinə istinadla xəbər verir ki, həmin dövrdə 55 mətbuat nümayəndəsi qətlə yetirilmişdi.
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının məlumatına görə, öldürülən jurnalistlərin yarısından çoxu hərbi münaqişə zonalarında qətlə yetirilib. Ən çox mətbuat nümayəndəsi Əfqanıstanda (13), ABŞ və Meksikada (hər birində 6 nəfər) həyatını itirib. Mərkəzi Afrika Respublikasında isə üç rusiyalı jurnalist – Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko qətlə yetirilib.
Bundan başqa, 2018-ci ilin on ayı ərzində vətəndaş jurnalistikasının 10 təmsilçisi və 4 jurnalist köməkçisi də həlak olub.