logo

Türkiyə daxili işlər naziri 635 nəfəri vəzifədən uzaqlaşdırıb

21:09 11-10-2018 | icon 2891
Türkiyə daxili işlər naziri 635 nəfəri vəzifədən uzaqlaşdırıb

Türkiyədə Daxili İşlər Nazirliyinin 635 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə daxili işlər naziri Süleyman Soylu müvafiq sərəncam imzalayıb. Qarovul vəzifəsindən kənarlaşdırılan bu şəxslər terror təşkilatları ilə əlaqədə, narkotiklərin qanunsuz dövriyyəsində, insan alveri və qaçaqmalçılıqda təqsirli bilinirlər.