Koreya Xalq Demokratik Respublikası (KXDR) 3,3 trilyon ABŞ dolları dəyərində təbii ehtiyatlara malikdir. Bu Cənubi Koreyadakı mineral ehtiyatlardan 15 dəfə çoxdur.
YeniAvropa xəbər verir ki,bu barədə Cənubi Koreyanın Ehtiyatlar Korporasiyasının hesabatında qeyd olunub. Bildirilib ki, KXDR ərazisində 6 milyard tonluq maqnezit, 5 milyard tonluq dəmir filizi, 2 milyon tonluq qrafit, 250 min tonluq volfram ehtiyatları vardır. Şimali Koreya bu yataqların işlənməsi üçün xarici investorlarla 40 müqavilə imzalayıb ki, onların da 90 faizi Çin şirkətidir.
Bildirilir ki, 2000-ci ildə Koreyalararası sammitdən sonra Cənubi Koreya KXDR-dəki mineral ehtiyatların kəşfiyyatı ilə bağlı işlərə başlasa da, iki ölkə arasında siyasi gərginlik səbəbindən bu işlər dayandırılıb.