İndoneziyanın Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb. Təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.