logo

Yasamal rayonunda restoranda yanğın olub

15:57 10-10-2018 | icon 3794
Yasamal rayonunda restoranda yanğın olub

Bakının Yasamal rayonunda yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya  bildiriblər ki,hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, “Qoç ət” restoranında qeydə alınıb. Restoranın havalandırma sistemində baş verən yanğın qısa müddətdə tavana keçib.

Nəticədə dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan restoranın mətbəxinin taxtadan ibarət tavanı və havatəmizləyici qurğu yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.