Sahibkarlar Prezident İlham Əliyevdən imdad diləyirlər: Bizi bank soyğunçuluğundan xilas edin!
Yaxud “Bank of Baku“ ilə hakimlərin marağı harada toqquşur?
Redaksiyamıza “Azər-Aqro” və “Azər-Kuban “ MMC-nin rəhbərləri S.Əsgərov və V.Əkbərovun imzası ilə Prezident İlham Əliyevə ünvanlanmış şikayət ərizəsi daxil olub. Sahibkarların uzun illərdən bəri məhkəmə salonlarında etdikləri haqlı mücadilə və hakimlərin hansısa maraqdan bankın xeyrinə çıxardıqları qüsurlu qərarların çılpaqlığını aydın göstərmək üçün həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti:Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Hüquq Şurasının Sədri cənab İman Kərimova
Surəti:Azərbaycan Respublikası Baş prakuroru cənab Kamran Əliyevə
"Azər Aqro və Azər Kuban” MMC-lərin rəhbərləri S.Əsgərov və V.Əkbərov tərəfindən
Şikayət Ərizəsi
“Azər-Aqro”Ltd şirkətinə (“Borcalan”)“Bank of Baku”ASC-dən 14.06.2011-ci il tarixində 500 000 AZN məbləğində 60 ay müddətinə kredit ayrılmışdır. Kreditin təminatı həmin bankın depozit hesabında “Borcalana” məxsus 550 000 AZN məbləğində əmanətdə olan pul vəsaiti və ona hər ay hesablanmış 7791,67 AZN faiz gəlilərinin “ Pul vəsaitinin girovu müqaviləsi” olmuşdur. Kreditin bitmə tarixinə hələ 32 ay qalmış, banka “Bopcalanın “ hec bir gecikdirilməsi olmdığı bir halda “Azər-Aqro”Ltd şirkətini bank məhkəməyə vermişdir.
1 sayh Bakı İnzibati- İqtisadi Məhkəməsi də məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsadətimizi bankın təklifi ilə təmin etməyərək, ekspertiza keçirmədən 02.06.2015 -ci il tarixli bankın xeyrinə əsas borcdan 500 000 AZN, faiz borcundan isə 104417.60 AZN olmaqla cəmi 604417,6 AZN borcun olması ,yəni hec bir manat ödəniş aparılmadığı barədə tələsik, natamam , ziddiyyətlərlə dolu olan qətnamə çıxarmışdır.
Həmin qətnamədən apelliyasiya şikayəti verilmiş, 11.11.2016-ci il tarixindən, 07.07.2018-ci il tarixinədək 3 (üc) dəfə məhkəmə mühasibatlıq, 1 (bir) dəfə sənədlərin texniki ekspertizası cəmi 4 (dörd) dəfə məhkəmə ekspertizası keçirilmiş ,eyni məzmunlu ekspert rəylərinin nəticələrinə , işdə olan mötəbər sübutlara əsaslanılaraq Bakı Apelliyasiya Məhkəməsinin 1-ci və 2-ci apelliyasiya baxışları zamanı işə
baxan məhkəmə kollegiyaları , “Azər-Aqro”Ltd şirkətinin banka hec bir borcunun olmadığını, əksinə bankın “Borcalanların” hesabından xeyli miqdarda artıq vəsaitini özbaşına silərək mənimsədiyini, ödəniş qəbzlərinin üzərində bankın baş idarəsinə məxsus 506924 saylı bank kodunun bank tərəfindən dəyişdirilərək ,yalnız bankın özünə məlum olan, Dövlətin heç bir adiyyatı orqanlarında qeydiyyatdan keçməyən, bankın ikinci qara mühasibatlıgında istifadə etdiyi 506567-saylı saxta kodla dəyişdirildiyi sübuta yetirilmişdir.
Aparılan hər dörd Ekspertiza araşdırmaları zamanı aşkar edilmişdir ki, “Bank of
Baku“ASC „Borcalana” kredit verilənə qədər ödəniş qəbzlərinin üzərində bankın 506924 sayh düzgün kodunun, kredit verilən gündən məhkəmə mübahisəsi başlayan ana qədər isə ikili qara mühasibatlıqda bankın özündən başqa hec kəsə məlum olmayan 506567 saylı saxta koddan, məhkəmə mübahisəsi başalayandan sonra isə yenidən düzgün 506924 bank kodundan istifadə edərək "Borcalanın" ödənişlərinin təyinatlarını bu yolla kredit verilən andan məhkəmə mübahisəsi başlayan ana qədər dəyişərək mənimsəmişdir!..
11.09.2017-ci il tarixində aparılan ekspertiza tədqiqatları zamanı bankın əməlində aşkar edilmiş bu və digər cinayət hallarının araşdırılması ilə bağlı 2-l(103)-08/l7 saylı məhkəmə Xüsusi Qərardad çıxararaq iş materiallarının surətini araşdırılması üçün Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilərək, 11.09.2017 ci il № 2-1(103)-08/l7 saylı (hakim Cahangir Yusifov), 24.07.2019- cü il № 2-2 (103)84/2019 saylı (Hakim Kəmalə xanim Abıyeva ) Qətnamələri
ilə 1-sayh Bakı İnzibati İqtisadi Məhkəməsinin heç bir araşdırması və ekspertizası keçirilmədən bankın xeyrinə cixarılmış 02.06.2015-ci il tarixli qətnaməsi 2 dəfə dalbadal ifşa olunaraq, ləğv edilmişdir.
Bank qətnamələrdən kasassiya şikayəti vermiş ,kasassiya kollegiyası işi “Azər-Aqro” Ltd şirkətinin bankdan ayrılmış 500 000 AZN kreditin girovu kimi həmin bankın əmanət hesabında “Borcalana” məxsus olan 550 000 AZN pul vəsaiti və ona hesablanmış hər ay ücün 7791,67 AZN əmanətin faiz gəlirlərindən bağlanmış müqavilələrə əsasən akseptsiz olaraq , kredit borcuna silinəcəyi bir halda nə əsas məbləğdən, nə də əmanətdən daxil olan faiz gəlirlərindən bir manat da olsun bu kredit borcuna silinməməsi səbəbi ilə bağlı kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək məqsədi ilə işi
dördüncü dəfə təkirar apelliyasiya baxışına qaytarmışdır.
28.01. 2022- ci il tarixində Bakı Apelliyasiya məhkəməsinin məruzəçi hakimi Aidə Hüseyn isə Ali Məhkəmənin bu xüsusi və məcburi tapşırığına məhəl qoymadan, ilk gündən bankın təsirinə məruz qalaraq Xarici Audit Reyi əldə edilməsi ilə bağli qərardad çıxarmışdır. Azərbaycanda fəaliyyət göstərən bütün xarici audit firmalarının filalları isə “Bank of Baku”ASC- nin əməlində cinayət halları ilə bağlı məhkəmənin 11.09.2017- ci il tarixli Xüsusi Qərardadı ilə tanış olduğdan, işin bununla bağlı istintaqinın davam etməsini bildikdən , işdən sonra olan mötəbər sübutlarla tanış olduğdan , bankın 12
il dalbadal törətdiyi saxtakarlıqlarla bağlı məhkəmələri uduzduğun görüb, məruzəçi hakim Aidə Hüseynin çıxardığı qərardadı icra etməkdən bir mənalı imtina etmişlər.
Xarici Audit Rəyinin məhkəmə qərardadı ilə l(bir) aya təqdim edilməsinə verilmiş müddətdən 9 ay ərzində icra olunmadığını görən “Borcalanın”nümayəndəsi sonuncu kasassiya kollegiyalarınin qərarının 83-cü paraqrafını , “Audit xidmeti haqqında “ Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsini əsas tutaraq. Xarici Audit qarşısında məhkəmənin qərarı ilə hakim Aidə Hüseynin qoyduğu 18 sualın
cavablandırılması məqsədi ilə dövlət sifarişlərinin icasına icazəsi olan Auditlə müqavilə bağlayıb, 02.09.2022-ci il tarixində bankın bu kredit müqaviləsi ilə mübahisələndirdiyi “Azər -Kuban”MMC üzrə də digər 2 (iki) kredit müqavilələri ilə də birlikdə “vaxtı keçmiş kredit”adı altında “borcalanın hesabından 1.530.480,24 AZN məbləğində vəsaitini bank əsası məlum olmayan hesablara silməklə mənimsəməsi barədə obyektiv Audit rəyini tərtib edərək məruzəçi Hakim Aidə Hüseynə rəsmi qaydada təqdim edilmişdir.
Hakim Aidə Hüseyn isə özünün xarici Audit qarşısında qoyduğu 18-sualı ovyektiv cavablandıran bu Audit Rəyini gizlədərək onun əvəzində 21.10.2022-ci il tarixində Ali məhkəmənin xüsusi, vacib və məcburi tapşırığı ilə əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək əvəzinə, ilkin-adi məhkəmə mühasibatlıq ekspertizasi keçiriləsi barədə “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında “ AR Qanununun 15-ci maddəsini kobud surətdə pozaraq qərardad cıxarmiş, həmin qərardadla da 17.03.2023-cü il tarixində № 9/7970 saylı natamam ,ziddiyyətlərlə dolu Ekspert Rəy verilmişdir.
Ekspert isə kredit müqaviləsinin 2.5 maddəsinə zidd olaraq tədqiqati bu işlə bağlı əvvəllər 4 dəfə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarından və 1 (bir ) audit rəyindən fərqli olaraq kreditin qalığını və mövcudluğunu müəyyən etmək ücün kreditin uçotunun aparıldığı müvafiq ssuda hesablarından çıxarış sənədlərinə görə deyil, müqavilənin hec bir bəndində göstərilməyən cari- təsərrüfat hesabından çıxarış və bank mədaxil qəbzlərinə görə tədqiqat aparmaqla “Azərbaycan Respublikasının Banklar haqqında Qanun”un, Mərkəzi Bankın müvafiq təlimat və qaydalarını kobud surətdə bilərəkdən pozmuşdur. Məhkəmənin ekspertin qarşısında qoyduğu sualda ekspert işin mahiyyəti ücün әп vacib
məqam olan müddətləri və bu müddətlər üzrə ödəniş cədvəllərinə uyğun aparılmış ödənişlərin tarixlərini saxtalaşdıraraq, məhkəməyə bilə-bilə yalan Rəy vermişdir. Eyni zamanda da üstəlik Məhkəmənin sualında qoyulmuş ;- “ əslləri bankın möhürü ilə təsdiq
edilmş iş materiallarında olan, kreditin mövcudluğunu təsdiq edən və ücotu aparılan , yeganə hüquqi
gücə malik müvafiq ssuda hesablarından çıxarış sənədlərindəki ödənişlərin də ekspert tədqiqatını aparmiyaraq tədqiqatdan gizlədərək, 1-saylı Bakı inzibati iqtisadi məhkəməsinin hec bir araşdırması, ekspertizası, auditi keçirilməyən , 1 -ci və 2-ci apellyasiya baxişları zamanı da dalbadal ləğv edilmş 8-il budan əvvəlki (8-il ərzində aparılan ödənişləri, silinmələri, köçürmələri də belə tədqiq etmədən) 02.06.2015-ci il tarixində bankın xeyrinə tələsik çıxarılmış natamam qətnamədə göstərilmiş 604417 azn məbləğinə uyğun guya “Azər-Aqro”Ltd-nin Banka borcu olması ilə bağlı məhkəməyə doğru olmayan saxta, natamam ziddiyyətlərlə dolu olan Rəy vermişdir.
Məhkəmənin çıxardığı qətnamənin təsviri və əsaslandırıcı hissəsindən isə acıq aydın görünür ki ,məhkəmə kollegiyası, məruzəçi hakim Aidə Hüseyn işdə olan mötəbər sübutlara deyil.yalnız ekspertin doğru olmayan 17.02.2023 -cü il tarixli №7/7970 saylı natamam, ziddiyyətli və şəxsi maraq zəminində təqdim etdiyi saxtalaşdırılıb,təhrif edilmiş ekspert Rəyinə əsaslanıb, əsassız Qətnamə çıxarmışdır. Ekspertin bilə - bilə verdiyi saxta Rəyin əsasında çıxarılmış Əsassız Qətnamə də 13 il uduzduqdan sonra birdən - birə bu natamam ekspert Rəyinə əsasən tam hüquqi qüvvəsini almışdır. AR MPM-nin 432, 432.1 maddəsində göstərilir : “Qanunu qüvvüyə minmiş məhkəmə aktlarına
yeni acılmış hallar üzrə yenidən baxıla bilər”. Həmin Məcəllənin 432.2.2- ci maddəsində göstərilir; Əsassız qətnamənin çıxarılmasına səbəb olmuş eksppertin bilə-bilə yalan rəy verməsi , tərcüməçinin bilə -bilə düzgün tərcümə etməməsi , sənədlərin və maddi sübutların saxtalığı müəyyən edildiyi hallarda yeni açılmış hal kimi baxila bilər. İş materiallarında olan Mötəbər sübutlar bir daha bankın sənədlərini saxtalaşdirması, ikili qara mühasibatlıqda iki bank kodundan istifadə,ödənişlərin bu cür yolla „ vaxtı keçmiş kredit “ adı altında kreditə ödənilmiş vəsaitlərin təyinatlarının dəyişdirilərək, vəsaitlərin mənimsənilməsi, qəbzlərin saxtalaşdirılması “vaxtı keçmiş kredit" bank şərhi ilə əsası məlum olmayan bank əməliyyatlarının aparılması, ekspertin isə iddia müddətinin, ödəmə qrqfıklərinə görə ödənişlərin uyğun olmayan müddətlərdə təhrif edilərək, yeganə hüquqi gücə malik ödəniş müvafiq ssuda hesablarından çıxarış
sənədlərində kreditin ödənişi üçün aparılmış köçürmələri, silinmələri, məqsədli qaydada,şəxsi maraq zəmnində təhrif etməsi,gizlətməsi mənimsənilməsi və sair.
“Bank of Baku” ASC ilə “Azər Aqro”LTD arasında bağlanmış kredit müqaviləsi üzrə Bakı Apelyasiya məhkəməsinin Hakim Aidə Hüseynin özunun Xarici Audit qarşısında qoyduğu 18 sualdan 17 –ni çıxararaq , Ali məhkəmənin qərarlarında göstərilən xüsusi və məcburi tapşırıqlara məhəl qoyulmadan komission ekspertiza əvəzinə,ilkin məhkəmə ekspertizası keçirilməsi ilə bağlı keçirdiyi ekspertiza zamanı da Ekspertin bilə-bilə yalan Rəy verməsi,işdə olan sənədlərin bank tərəfindən saxtalaşdırılması, hakimin şəxsi marağı zəminində Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında dəfələrlə göstərilən xüsusi, vacib məcburi tapşırıqlara əhəmiyyət vermiyərək , dövlət icrasına icazəsi olan yerli Audit tərəfindən obyektiv yoxlanılaraq tərtib edilmiş Audit Rəyinin hakim Aidə Hüseyinin tərəfindən gizlətməsi və sair, Əsassız Qətnamənin çıxarılmasına səbəb olmuşdur.
Bir sözlə Bakı Apellyasiya Məhkəməsinin 21.10.2022-ci il tarixli qərardadı çıxarılarkən “məhkəmə ekspertizasının fəaliyyəti haqqında“ AR- nin Qanunun 15-ci 20,21,22,24 - cü maddələrini kobud surətdə pozmaqla kompleks məhkəmə ekspertizası keçirmək əvəzinə keçirilmiş ilkin məhkəmə- mühasibathq ekspertizasının yekun nəticələri ilə məhkəməyə təqdim olunmuş 17.03.2023-cü il tarixli № 9/7970 saylı natamam ekspert Rəyi bilə-bilə təhrif edilərək, saxtalaşdırıldığına görə Əsassız Qətnamənin çıxarılmasına səbəb olmuşdur. Odur ki, yuxarıda göstərilən mötəbər sübutları nəzərə alaraq:
1.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1, 432.2.2, 432.2.3 maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 17.03.2023- cü il tarixli 2- 2(103)-10/2023 saylı Əsassız Çıxarılmış Qətnamənin ləğv edilərək, yeni açılmış hal kimi
yenidən adiyatı üzrə baxılmasını,Qanunlarımızın Aliliyi çərçivəsində araşdırılaraq Ədalətli nəticəyə gəlinməsini;
2.Bakı Apelliyasiya Məhkəməsinin 09.2017-ci il tarixli 2-l(103)-08/17-saylı məhkəmənin Xüsusi Qərardadı ilə ”Bank of Baku “ ASC-nin əməllərində 4 dəfə keçirilən məhkəmə ekspertizalarının eyni məzmunlu nəticə Rəylərinə görə aşkar edilmiş cinayət halı ilə bağlı Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işinin tezləşdirilib, obyektiv nəticə əldə edilməsini Sizdən Xahiş Edirik .
Hörmətlə,
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb