logo

Dövlət büdcəsinin gəlirləri 36,4 milyard manatadək artırılır

12:12 27-05-2024 | icon 2954
Dövlət büdcəsinin gəlirləri 36,4 milyard manatadək artırılır

Yenidən baxılmış 2024-cü il dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 34 milyard 173 milyon manata qarşı 2 milyard 180 milyon manat və 6,4 faiz artırılaraq 36 milyard 353 milyon manat təşkil edəcək.

YeniAvropa xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində və büdcə zərfində öz əksini tapıb.

Sənədə əsasən, dövlət büdcəsinin təsdiq olunmuş 36 milyard 763 milyon manat məbləğində xərcləri 2 milyard 944,3 milyon manat və ya 8 faiz artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 590 milyon manata qarşı 764,3 milyon manat və ya 29,5 faiz artırılaraq 3 milyard 354,3 milyon manat təşkil edəcək.