logo

Tehranda xarici işlər naziri Hüseyn Abdullahiyanın dəfn mərasimi keçirilir

11:22 23-05-2024 | icon 4487
Tehranda xarici işlər naziri Hüseyn Abdullahiyanın dəfn mərasimi keçirilir

İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəfn mərasimi başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Helikopter qəzasında həlak olmuş Hüseyn Əmir Abdullahiyanın dəfn mərasimi Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Tehrandakı meydanların birində keçirilir.

Mərasimdən sonra cənazə dəfn olunmaq üçün Şah Əbdüləzim Həsən türbəsinə aparılacaq.