logo

Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var

12:32 19-04-2024 | icon 2366
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var

Aprelin 19-na keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinə raket zərbəsi endirib. Hücum nəticəsində mülki binalar dağılıb, ölənlər və xəsarət alanlar var.

YeniAvropa xəbər verir ki, Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın raket hücumu nəticəsində ikisi azyaşlı uşaq olmaqla 8 nəfər ölüb, 25-i yaralanıb. Hava hücumundan müdafiə qüvvələri 16 raketdən 11-ni və 10 “Şahed” kamikadze dronundan 9-nu məhv edə bilib.

Dnepr şəhərinin mərkəzində çoxmərtəbəli bina da vurulub. Orada yanğın baş verib, iki infrastruktur obyektinə ziyan dəyib. Dəmiryolu vağzalı yanındakı bina da hava hücumu nəticəsində dağılıb. Şəhərdəki dəmir yolu vağzalı fəaliyyətini dayandırıb.

Krivoy Roq şəhər infrastrukturu obyektinə ziyan dəyib və yanğın baş verib, 3 nəfər yaralanıb. Sinelnikovski rayonunda isə 10-dan çox fərdi ev zədələnib, ikisi azyaşlı uşaq olmaqla 6 nəfər ölüb, daha 2 nəfər yaralanıb.