ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
ABŞ BMT TŞ-nin aprelin 18-də keçirilən iclasında Fələstinin BMT-yə tamhüquqlu üzv olması ilə bağlı sənədə veto qoyub.
YeniAvropa təşkilatın saytına istinadla xəbər verir ki, iclasda Fələstinin üzvlüyünü 12 dövlət dəstəkləyib, ABŞ bunun əleyhinə səs verib, iki ölkə isə bitərəf qalıb. Beləliklə, BMT TŞ Baş Assambleyaya Fələstinin BMT-yə tamhüquqlu üzv dövlət kimi qoşulmasına icazə vermək üçün BMT-nin daha geniş üzvlüyü ilə səsvermə keçirməyi tövsiyə edən qətnamə layihəsini qəbul etməyib.
Qətnamə layihəsi BMT TŞ-nin tarixində ən qısa mətni olan sənədlərdən biridir: “Təhlükəsizlik Şurası Fələstin Dövlətinin Birləşmiş Millətlər Təşkilatına qəbul üçün müraciətini (S/2011/592) araşdıraraq, Baş Assambleyaya Fələstin Dövlətinin Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasını tövsiyə edir”.
Qətnamə layihəsinin qəbulu üçün BMT TŞ-nin ən azı doqquz üzvü lehinə səs verməli və daimi üzvlərdən heç biri – Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ veto hüququndan istifadə etməməlidir.
Qəzzada davam edən müharibə fonunda Fələstin aprelin 2-də BMT-yə tamhüquqlu üzv olmaq üçün 2011-ci ildə verilmiş müraciətə yenidən baxılması xahişi ilə təşkilatın Baş katibinə müraciət etmişdi.
2011-ci ildə də BMT TŞ müraciətə baxıb, lakin təşkilatın Nizamnaməsinə görə 193 Üzv Dövlətin iştirakı ilə səsvermə keçirməli olan Baş Assambleyaya tövsiyə göndərməkdə yekdil rəy əldə olunmayıb.
Bu ayın əvvəlində Təhlükəsizlik Şurası məsələni müzakirə etmək üçün aprelin 8-də və 11-də toplanan Üzv Dövlətlərin Qəbulu üzrə Komitəyə sonuncu sorğu göndərib.
Fələstin Dövləti 2012-ci ildən BMT-də daimi müşahidəçi statusuna malikdir, ondan əvvəl isə BMT Baş Assambleyasında müşahidəçi qismində iştirak edib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır