logo

Binəqədi-Balaxanı şossesində aşan yük maşını,yolda sıxlıq yaratdı

09:29 18-04-2024 | icon 434
Binəqədi-Balaxanı şossesində aşan yük maşını,yolda sıxlıq yaratdı

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.