logo

Dövlət orqanlarının təsnifatı genişləndirilir

12:12 16-04-2024 | icon 574
Dövlət orqanlarının təsnifatı genişləndirilir

Dövlət orqanlarının təsnifatı genişləndirilir.

Yeni qanun layihəsinə əsasən, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları və Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları sırasına Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi də əlavə edilir.

YeniAvropa xəbər verir ki, bununla əlaqədar “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatıdır.