logo

3 ayda avtoqəzalarda 33 nəfər ölüb,72 nəfər xəsarət alıb

09:29 16-04-2024 | icon 665
3 ayda avtoqəzalarda 33 nəfər ölüb,72 nəfər xəsarət alıb

2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat açıqlanıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb.