Qəbul imtahanının IIi mərhələsinə qeydiyyat başlanılır
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 15-dən mayın 6-dək “Şəxsi kabineti”nin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin martın 1-dən 15-dək ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin martın 1-dən 15-dək ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.
Müsabiqədə iştirak ödənişlidir.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər və onlara edilən güzəştlər haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçdikləri halda “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçdikləri halda isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların müvafiq hesablarından çıxılır.
Qeyd 1. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu əvvəlcədən elan olunduğu kimi, mayın 11-dən iyulun 31-dək internet vasitəsilə aparılacaq.
Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin martın 1-dən 15-dək ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb
Sabah 132 mindən çox şagird üçün ilk zəng çalınacaq
Bu gün "Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibi müəyyənləşəcək
Bakının işğaldan azad olunmasından 106 il ötür
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində