logo

DSX-nın  Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

11:33 09-04-2024 | icon 3283
DSX-nın  Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2024-cü il 31 yanvar – 1 aprel tarixlərində aparılıb. İmtahanda 1102 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Şagirdlərin, valideynlərin nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir);

- imtahana buraxılış vәrәqәsini.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır. Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 107 nəzarətçi,10 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.